"Olimpiakos" "Fənərbaxça"dan ayrılan futbolçunu transfer etdi

16:23 - 23 May 2019

"Fənərbaxça" ilə müqaviləsi başa çatan Matye Valbuena karyerasını Yunanıstanda davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, "Olimpiakos"un prezidenti Evangelos Marinakis fransalı futbolçu ilə anlaşmaq üzrə olduqlarını deyib. O, bu transferi zamanı gələndə rəsmən açıqlanacağını deyib.

 

34 yaşlı yarımmüdafiəçi 2017-ci ildə "Lion"dan "Fənərbaxça"ya keçmişdi.

Xəbər xətti