"Sevilya"dan "Milan"a qayıtdı

"Sevilya"nın "Milan"dan icarəyə götürdüyü Andre Silva Əndəlüsiya klubundan ayrıldığını bəyan edib.

 

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, portuqaliyalı hücumçu gələcək kareyerası ilə bağlı qərar vermədiyini deyib:

 

"Mənə göstərdiyi isti münasibət üçün "Sevilya" klubuna minnətdaram. Klubun və şəhərin ruhunu çox sevdim. Ümid edirəm ki, gələcəkdə komandanın uğurları çox olacaq. Gələn mövsümlə bağlı qərar verməmişəm. Tez-tez oynayacağım yerə getmək istəyirəm. Bu, yeganə problemimdir".

 

"Sevilya" Silvanı 4 milyon avroya icarəyə götürmüşdü. 23 yaşlı futbolçunu birdəfəlik transfer etmək üçün 39 milyon avro ödənilməli idi.

 

Silva başa çatan mövsüm La Liqada 27 oyuna 9 qol vurub, 2 assist edib.

Tarix: 23 May [18:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyun 2019
17  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio