"Qəbələ" kubokun təqdimatını keçirəcək

00:17 - 25 May 2019

"Qəbələ” Azərbaycan kubokunun doğma şəhərində təqdimatını edəcək.

 

Sportal.az xəbər verir ki, mayın 19-da Naxçıvanda qazanılan mükafat Qəbələyə əlamətdar gündə aparılacaq.

 

Klubun əldə etdiyi ilk kubok 28 may – Respublika günündə azarkeşlərə təqdim olunacaq. Bununla əlaqədar Qəbələ şəhər stadionunda bayram tədbiri təşkil ediləcək. Tədbir saat 19:00-da başlanacaq.

 

Qeyd edək ki, “Qəbələ” Azərbaycan kubokunun finalında “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib.

Xəbər xətti