Şenol Günəş "Beşiktaş"dan ayrıldı

00:33 - 25 May 2019

"Beşiktaş" baş məşqçisi Şenol Günəşlə yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, klubun "Twitter" hesabı 66 yaşlı mütəxəssisə gələcək karyerasında uğurlar diləyib. 

 

"Şenol Günəşə "Beşiktaş"ımıza verdiyi dəyərli xidmətlərə görə təşəkkür edir, bundan sonrakı karyerasında ona uğurlar arzulayırıq", - deyə qeyd edilib.

 

İstanbull klubu təcrüəbli mütəxəssisin rəhbərliyin altında 2 dəfə Türkiyə çempionu olub. O, "Beşiktaş"ı 2015-ci ildə çalışdırırdı.

 

Şenol Günəş bundan sonra yalnız Türkiyə milli komandasının baş məşqçisi kimi fəaliyyət göstərəcək.

Xəbər xətti