David Silva karyerasını hansı klubda başa vurmaq istəyir?

13:53 - 25 May 2019

"Mançester Siti"nin yarımmüdafiəçisi David Silva karyerasını başa vurmaq istədiyi klubun adını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, ispaniyalı futbolçu karyerasını "Las Palmas"da başa vurmaq istədiyini bildirib: "Mançester Siti" ilə 1 illik müqaviləm var. Hər zaman "Las Palmas"da oynamaq istədiyimi demişəm. Laryeramı orada başa vurmağı düşünürəm".

 

Kanar adalarında dünyaya göz açan 33 yaşlı yarımmüdafiəçi "Valensiya" yetirməsidir. İspaniya millisinin sabiq üzvü 2010-cu ildən "Mançester Siti"də çıxış edir.

Xəbər xətti