Miralem Pyaniç: "Fransa millisində oynamaq üçün təklif almışdım"

12:12 - 25 May 2019

Bosniya və Herseqovina millisinin və "Yuventus"un yarımmüdafiəçisi Miralem Pyaniç Fransa yığmasında oynamaq üçün təklif aldığını açıqlayıb.

 

Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, o, 18 yaşında oynayarkən belə təklif aldığını bildirib: "18 yaşında "Lion"da çıxış edərkən Fransa Futbol Federasiyasından millidə çıxış etmək üçün təklif aldım. Ancaq Bosniya və Herseqovina tərəfi də məni yığmada görmək istəyirdi. Onları üzmək istəmirdim. Bosniyanın forması hər zaman xəyalım olub".

 

Pyaniç Lüksemburqun U-17 və U-19 millilərində çıxış edib. 29 yaşlı futbolçu 2008-ci ildən Bosniya və Herseqovina yığmasında oynayır.

Xəbər xətti