"Başakşəhər" Avstraliya millisinin üzvünü transfer etdi

10:31 - 25 May 2019

Türkiyənin "Başakşəhər" klubu ilk transferini reallaşıdırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi PSV-nin müdafiəçisi Aziz Behiçi transfer edib.

 

Klubun idarə heyətinin sədri Mustafa Eröğüt 28 yaşlı sol cinah müdafiəçisinin keçidi üçün Hollandiya klubuna 1 milyon avro təzminat ödədiklərini deyib.

 

"Başakşəhər"ə transfer olduğum üçün xoşbəxt oldum. Əməyi keçən hər kəsə təşəkkür edirəm. İnşallah, çempionluqlara doğru gedəcəyik. Təklifdən sonra düşünmədim, dərhal qəbul etdim", - deyə Behiç transferi ilə bağlı fikirlərini bölüşüb.

 

Behiç 2013-18-ci illərdə Türkiyənin "Bursaspor" klubunda çıxış edib. PSV ötən yay avstraliyalı futbolçunu 4 milyon avroya transfer etmişdi.

Xəbər xətti