"Milan" Qattuzonun əvəzinə Alleqrini gətirir?

15:30 - 26 May 2019

Mövsüm başa çatan kimi Cennaro Qattuzo ilə yolları ayırmağı düşünən "Milan" baş məşqçi axtarışındadır.

 

Sportal.az tuttomercatoweb.com-a istinadən xəbər verir ki, "qırmızı-qaralar" "Yuventus"dan ayrılacaq Massimiliano Alleqrini baş məşqçi postuna dəvət etmək istəyir. Məlumatda Milan təmsilçisinin danışıqlara başlamaq üzrə olduğu qeyd edilib.

 

Alleqri "Milan"ı 2010-2014-cü illərdə çalışdırıb. O, komandaya 2010/11 mövsümündə İtaliya çempionluğu və ölkə kubokunu qazandırıb. 51 yaşlı mütəxəssis 2014-cü ildə "Yuventus"a keçmişdi.

Xəbər xətti