Edin Ceko "Roma"dan "İnter"ə keçir

15:52 - 26 May 2019

İtaliyanın "İnter" klubu hücum xəttini gücləndirmək üçün axtarışa çıxıb.

 

Sportal.az "Sky Italia"ya istinadən xəbər verir ki, Milan klubu A Seriyasının digər təmsilçisi "Roma"nın hücumçusu Edin Ceko ilə böyük ölçüdə anlaşıb. Bosniya və herseqovinalı forvard iki illik müqavilə təklifini qəbul edib.

 

"Roma" müqaviləsinin müddətinə bir il qalan 33 yaşlı hücumçunu satmağa müsbət yanaşır. Paytaxt klubu "İnter"in 12 milyon avroluq təklifini qəbul edəcək. Transferin tezliklə yekunlaşacağı gözlənilir.

 

"Roma" Cekonu 2016-cı ildə "Mançester Siti"dən 11 milyon avroya transfer edib. Təcrübəli hücumçu bu mövsüm 39 oyuna 14 qol vurub, 11 assist edib.

Xəbər xətti