Emil Balayev "Tobol"un qələbəsində pay sahibi oldu VİDEO

16:58 - 26 May 2019

Qazaxıstan Premyer Liqasında 12-ci turdan təxirə salınmış bir oyun keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi "Tobol" səfərdə "Taraz"a 1:0 hesabı ilə qalib gəlib.

 

Emil Balayev meydana start heyətdə çıxıb və sonadək oynayıb. 25 yaşlı əlcək sahibi bir neçə epizodda komandasını qoldan xilas edib.

 

Qeyd edək ki, 12 oyundan sonra aktivində 26 xal olan “Tobol” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Lider "Astana" 14 oyuna 29 xal toplayıb.

 

Xəbər xətti