Slaven Biliç Türkiyəyə qayıdır

17:51 - 26 May 2019

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"dan ayrılan xorvatiyalı baş məşqçi Slaven Biliç Türkiyəyə qayıda bilər.

 

Sportal.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, Super Liqa təmsilçisi "Kasımpaşa" Mustafa Dənizlinin ayrılığından sonra yeni mövsümə Biliçlə başlamaq fikrindədir.

 

Super Liqanın "Beşiktaş" - "Kasımpaşa" matçının tribunadan izləyən 50 yaşlı mütəxəssislə böyük ölçüdə razılaşma əldə edilib.

 

İstanbul klubu təyinatı yaxın günlərdə açıqlaya bilər.

 

Biliç "Lokomotiv" (Moskva), "Beşiktaş", "Vest Hem" kimi klubları çalışdırıb. O, 2006-2012-ci illərdə Xorvatiya yığmasına rəhbərlik edib.

Xəbər xətti