"Qalatasaray"dan ayrıldı

18:18 - 26 May 2019

Türkiyə çempionu "Qalatasaray"da ayrılıq reallaşıb.

 

Sportal.az xəbər verir ki, İsveçrə millisinin üzvü Eren Derdiyok İstanbul klubundan ayrılıb. 30 yaşlı hücumçunun başa çatan müqaviləsi uzadılmayıb. Derdiyok sosial şəbəkə hesabında klubdan ayrıldığını bəyan edib və azarkeşlərə təşəkkür edib.


Qeyd edək ki, Eren Derdiyok 2016-cı ildə "Kasımpaşa"dan "Qalatasaray"a keçmişdi. Komandanın baş məşqçisi Fatih Terim onu qışda əsas komandadan uzaqlaşdırmışdı.

Xəbər xətti