Babeldən "Qalatasaray" açıqlaması

18:52 - 26 May 2019

İngiltərənin "Fulhem" klubundan ayrılan hollandiyalı futbolçu Rayan Babel Türkiyəyə qayıtmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı vinger "Nos" TV-yə açıqlamasında ən yaxşı təklifi "Qalatasaray"dan aldığını deyib: "İndiyə kimi ən yaxşı təklifi "Qalatasaray" irəli sürdü. Burada gizlədəcək nəsə yoxdur. Məni istəyən başqa komandalar da var. Onlarla da anlaşmaq mümkündür".

 

"Qalatasaray"ın Babellə 3 illik müqavilə imzalayacağı gözlənilir.

 

Babel 2017-2019-cu illərdə "Beşiktaş"da oynayıb. Hollandiya millisinə dəvət alan təcrübəli futbolçu "Fulhem"də 15 oyuna 5 qol vurub, 3 assist edib. Babel "Ayaks", "Liverpul", "Hoffenhaym", "Kasımpaşa", "Əl-Əin" və "Deportivo" klublarında da çıxış edib.

Xəbər xətti