"İnter" Çempionlar Liqasına, "Empoli" B Seriyasına VİDEO

01:18 - 27 May 2019

İtaliya A Seriyasında mövsümün sonuncu - 38-ci turunun görüşləri keçirilib.

 

Sportal.az xəbər verir ki, "İnter" evdə "Empoli"yə 2:1 hesabı ilə qalib gəlib.

 

"İnter" mövsümü 69 xalla 4-cü pillədə başa vurub və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. 38 xalla 18-ci olan "Empoli" isə B Seriyasına yuvarlanıb.

 

"İnter" - "Empoli" - 2:1

Qollar: Keyta Balde, 51, Raca Nainqqolan, 81 - Hamed Junior Traore, 76

 

 

 

Xəbər xətti