UEFA "Arsenal"ın Bakıdakı təxribatının qarşısını aldı

10:18 - 27 May 2019

Bakıda keçiriləcək Avropa Liqasının finalında "Çelsi" ilə qarşılaşacaq "Arsenal" Henrix Mxitaryana dəstək göstərmək istəsə də, UEFA bunun qarşısını alıb.

 

Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, futbolçular Bakıdakı məşqlərə üzərində Mxitaryanın adı yazılan formalarla çıxmağı planlaşdırıblar. Buna icazə verməyən UEFA “Arsenal”a istənilən təxribatın qadağan olduğunu bildirilib.

 

Xəbərdə London klubunun erməni futbolçu ilə bağlı bəyanat verməkdən çəkindiyi və ona dəstək vermək üçün heç bir tədbir görməyəcəyini yazıb.

 

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 23:00-da başlayacaq.

Xəbər xətti