Emil Balayev Qazaxıstanda ən yaxşı seçildi

Azərbaycan millisinin üzvü Emil Balayev çıxış etdiyi “Tobol” klubunda Qazaxıstan Premyer Liqasının 12-ci turunda “Taraz”la keçirilən matçın ən yaxşısı seçilib.

 

Sportal.az xəbər verir ki, oyunda dörd qurtarış edən 25 yaşlı qapıçının indeks balı 290 göstərilib.

 

Balayevdən sonra komandanın ən yaxşısı 240 xalla Fernandey Kassay və 250 xalla Aleksander Kleşenko olub.

 

"Tobol" sözügedən matçda 1:0 hesabı ilə qalib gəlib.

Tarix: 27 May [15:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyun 2019
17  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio