Jerom Boatenqlə yollar ayrılır

17:55 - 27 May 2019

Almaniyanın "Bayern" klubunun prezidenti Uli Höness komandanın müdafiəçisi Jerom Boatenqə ayrılmasını tövsiyə edib.

 

Sportal.az xəbər verir ki, 67 yaxşlı klub rəhbəri Almaniya millisinin üzvünün Münhen klubunda əsas heyətə düşməkdə çətinlik çəkdiyini deyib:

 

"Boatenqin komandada oynaması çətin görünür. Bir dost kimi ona yeni klub tapmasını tövsiyə edirəm. Yeni macəraya ehtiyacı var".

 

30 yaşlı müdafiəçi "Bayern"də 8 mövsümə 17 kubok qazanıb. O, 286  oyuna 8 qol vurub, 22 assist edib.

Xəbər xətti