Azərbaycan millisi Sloveniyada 4 qolla qalib gəldi

00:12 - 28 May 2019

Sloveniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası daha bir yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, yerli “Olimpiya” klubunun əvəzediciləri ilə qarşılaşan Milan Obradoviçin çalışdırdığı komanda 4:2 hesablı qələbə qazanıb.

 

Komandanın heyətində Musa Qurbanlı, Turan Manafov, Elvin Cəfərquliyev və Emil Qasımov fərqlənib.

 

Azərbaycan millisi daha öncə Xorvatiyanın “Slaven Belupo-2” komandası ilə qarşılaşmış və 1:1 hesablı heç-heçəyə razılaşmışdı.

Xəbər xətti