Almaniya Bundesliqasında yeni klub - "Ştutqart" aşağı liqaya düşdü

"Ştutqart" Almaniya Bundesliqasında qalmaq üçün "Yunion Berlin"lə pley-outun cavab matçını keçirib.

 

Sportal.az xəbər verir ki, "Ştutqart" evdə keçirdiyi ilk oyunda II Bundesliqa klubu ilə 2:2 hesablı heç-heçə etmişdi. Cavab görüşündə hesab açılmayıb - 0:0. Yunion Berlin səfərdə vurduğu qollara görə Bundesliqada oynamaq hüququ qazanıb.

 

"Ştutqart" gələn mövsümdən II Bundesliqada çıxış edəcək.

Tarix: 28 May [00:37]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2019
19  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio