Bakıda "Arsenal" azarkeşi xəstəxanalıq oldu

10:18 - 29 May 2019

Bakıda Avropa Liqasının final oyunundan əvvəl “Arsenal” və “Çelsi”nin bir qrup azarkeşi arasında dava olub.

 

Sportal.az xəbər verir ki, insident "Torqovı"dakı pivəxanaların birində baş verib.

 

Nəticədə "Arsenal"ın 54 yaşlı azarkeşi Grogery Kilroe döyülüb. Onun başına butulka ilə zərbə vurulub. Zərərçəkən 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda təşkil olunacaq final qarşılaşması saat 23:00-da başlanacaq. ("Report")

Xəbər xətti