"Yuventus"un prezidentinin Bakıya gəlməyinin əsl səbəbi bəlli oldu

16:24 - 29 May 2019

Avropa Liqasının final matçını izləmək üçün Bakıya gələn "Yuventus"un prezidenti Andrea Anyelli "Çelsi"nin baş məşqçisi Maurisio Sarriylə görüşüb.

 

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, tərəflər "Four Seasons" otelində görüşüb. Baş məşqçi axtarışında olan "Yuventus"un prezidenti Sarrinin bu posta gətirmək üçün müzakirələr aparıb. Tərəflərin ilkin razılığa gəldiyi iddia edilir.

 

Maurisio Sarri ötən mövsüm "Napoli"dən ayrılaraq, "Çelsi"nin baş məşqçisi təyin edilib.

 

Xəbər xətti