Ramil Şeydayev: "Mxitaryanın Bakıya getməməsi səhv addımdır"

18:50 - 29 May 2019

Rusiyanın "Krılya Sovetov" klubunda çıxış edən Azərbaycan millisinin üzvü Ramil Şeydayev "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryanın Avropa Liqasının "Çelsi" ilə keçiriləcək finalı üçün Bakıya gəlməməsinə münasibət bildirib.

 

Sportal.az sport24.ru-ya istinadən xəbər verir ki, 23 yaşlı hücumçu erməni futbolçunun doğru qərar vermədiyini deyib:

 

"Bunun normal olduğunu düşünmürəm. Siyasətlə futbolu birləşdirə bilmərsiniz. Təhlükəsizlik zəmanəti aldığın halda Bakıya getməmək məsələni siyasiləşdirməkdir. Xatırlamıram ki, Bakıda kiməsə toxunsunlar. Yəqin ki, hansısa təxribatçılar ona nəsə deyib".

 

Şeydayev Bakıda yaşadığı müddətdə xoşagəlməz hadisə ilə üzləşmədiyini deyib:

 

"Bakıda keçirilən boks üzrə dünya çempionatında erməni idmançılar iştirak edib. Mən bir il Bakıda yaşamışam. Heç vaxt orada xoşagəlməz halla üzləşmədim. Bakı çox dinc və sülhsevər şəhərdir. Əgər sənə hər şeyin yaxşı olacağı deyildiyi halda səfərdən imtina edirsənsə, bu ümumiyyətlə səhv addımdır. Bəlkə də, onun Azərbaycana getməməyinin səbəbi Dağlıq Qarabağa səfəri ilə bağlıdır. Amma ermənilər Azərbaycanda yaşayırlar. Buna əminəm".

 

Ramil Şeydayev ötən il "Trabzonspor"dan "Qarabağ"a 1 illik icarəyə verilmişdi.

 

Milli üzvü bu mövsüm Rusiya Premyer Liqasında 18 oyuna (969 dəqiqə) 4 qol vurub, 1 assist edib. "Krılya Sovetov" 23 yaşlı hücumçu ilə müqavilə müddətini uzatmaq istəyir.

Xəbər xətti