"Qarabağ"dan "Çelsi"yə təbrik: "Zadəganlıq hər zaman zəfəri haqq edir"

12:41 - 30 May 2019

“Qarabağ” klubu “Çelsi”ni Avropa Liqasının qalibi olması münasibəti ilə təbrik edib.

 

Sportal.az xəbər verir ki, klub sosial şəbəkə hesablarında bunları qeyd edib:

 

“Bakıya gəl(məy)ən və kubokla qayıdan “Çelsi”nin bütün futbolçularını təbrik edirik. Zadəganlıq hər zaman zəfəri haqq edir”.

 

Bakı Olimpiya Stadionunda keçirilən Avropa Liqasının finalında "Çelsi" "Arsenal"ı 4:1 hesabı ilə məğlub edib.

 

Xəbər xətti