"İnter"də Luçano Spalletti dönəmi başa çatdı

12:56 - 30 May 2019

İtaliyanın "İnter" klubu baş məşqçisi Luçano Spalletti ilə yolları ayırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

İtaliyalı mütəxəssis Milan təmsilçisini 2017-ci ildən çalışdırdı. Komanda cari mövsümü Seriya A-da 4-cü sırada başa vurub.

 

"İnter"in baş məşqçi postuna Antonio Konte keçəcək. Rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.

Xəbər xətti