Şeydayev 90 dəqiqə oynadı, komandası vacib qələbə qazandı

00:05 - 31 May 2019

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin oynadığı “Krılya Sovetov” gələn mövsüm Rusiya Premyer Liqasında çıxış etmək uğrunda pley-off matçına çıxıb.

 

Sportal.az xəbər verir ki, Samara təmsilçisi səfərdə “Nijni Novqorod”la qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.

 

Start heyətdə meydana çıxan 23 yaşlı hücumçu sona qədər oynayıb.

 

Qeyd edək ki, iki komanda arasındakı cavab oyunu iyunun 2-də keçiriləcək.

Xəbər xətti