Elxan Məmmədov: "Final Avropa çempionatı üçün yaxşı test oldu"

AFFA-nın baş katibi Elxan Məmmədov İngiltərə mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, “Daily Mail” nəşrinə danışan Məmmədov Bakıda keçirilən Avropa Liqasının final matçıyla bağlı fikirlərini bildirib:

 

“Arsenal” və “Çelsi”nin təkcə Londondakı deyil, Bakıya səyahət edən digər ölkələrdəki azarkeşlərinin və xarici turistlərin sayından məmnun qaldıq. Stadionda boş qalan yerlərin əksəriyyəti əvvəldən finala bilet alan, ancaq bura gəlməyən “Ayntraxt” azarkeşlərindən qaynaqlanır. Bu biletlər satılmadığı üçün məyus olmadıq. Hesab edirəm ki, onlar bileti saxlamağa qərar verdilər. Şəhərdə əsl bayram idi. “Arsenal” və “Çelsi” azarkeşləri tərəfindən izdiham yaranmışdı. Stadionun ətrafında matçdan əvvəl əyləncə üçün gözəl proqramlar təşkil olunmuşdu, açılış mərasimi də yaxşı alındı. Bundan da yaxşısının edilə biləcəyini söyləyə bilmərəm”.

 

Elxan Məmmədov final matçının gələn il Azərbaycanda 4 oyunu keçiriləcək AÇ-2020 üçün test olduğunu da deyib:

 

“Düşünürəm ki, bizim üçün yaxşı test oldu. Final zamanı nəqliyyatı və bütün təşkilatçılığı sınadıq. Təbii ki, bunun təhlilini aparacağıq. Ancaq mənfi yöndə heç bir rəy olmayıb. Avropa çempionatı milli səviyyəsində böyük hadisədir. Avropa Liqasının finalı Bakının nələr edə biləcəyinin yaxşı göstəricisi idi”.

 

Bakıda keçirilən Avropa Liqasının final matçında “Çelsi” “Arsenal”ı 4:1 hesabı ilə məğlub edib.

Tarix: 31 May [11:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 İyul 2019
15  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio