Roberto Karlos "Sabah"ın baş məşqçisinə sertifikat təqdim etdi FOTOLAR

13:09 - 31 May 2019

İspaniyanın paytaxtı Madriddə keçirilən “Dostluq üçün futbol” (Football for friendship) sosial layihəsində iştirak edən "Sabah"ın U-12 komandasının baş məşqçisi Samir Əbdürəhmanov sertifikata layiq görülüb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, “Dostluq üçün futbol beynəlxalq məşqçilər akademiyası”nın təlimlərində fəal iştirak edən məşqçi təşkilatçılar tərəfindən xüsusi diplomla təltif edilib.

 

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən bir çox məşqçinin iştirak etdiyi təlimin əsas mövzusu uşaq futbolu olub.

 

Əbdürəhmanova sertifikatı Braziliya futbolunun məşhur siması Roberto Karlos təqdim edib.

 

Image may contain: 1 person, standing and outdoor

Image may contain: 3 people, people sitting, table and indoorImage may contain: 9 people, people smiling, people standing, shoes and indoorNo photo description available.Image may contain: 1 person, smiling

Xəbər xətti