Millinin yoxlama matçının vaxtı açıqlandı

16:57 - 31 May 2019

Avropa çempionatının seçmə mərhələsinin oyunlarına hazırlaşan Azərbaycan millisinin əsas və U-21 yığmaları yoxlama görüşündə üz-üzə gələcək.

 

Sportal.az xəbər verir ki, sabah “Dalğa Arena”da baş tutacaq oyunun start fiti saat 19:00-da səslənəcək.

 

Qarşılaşmanı Etibar Həsənov, Zöhrab Abbasov, Teymur Teymurov və Nicat İsmayılovdan ibarət hakimlər briqadası idarə edəcək.

 

Xəbər xətti