“Ayntraxt”ın azarkeşləri azərbaycanlı uşaqları belə sevindirdi VİDEO

Mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunmuş UEFA Avropa Liqasının final oyunu öncəsi Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun azarkeşləri xeyirxah aksiya keçiriblər.

 

Sportal.az xəbər verir ki, finala yüksələcək komandalar müəyyənləşməzdən əvvəl qarşılaşmaya bilet alan almaniyalı fanatlar azarkeşlik etdikləri klub həlledici oyuna vəsiqə qazana bilmədiyi üçün Bakıya gəlməsələr də, həmin biletləri paytaxtımıza göndəriblər.

 

“Ayntraxt” azarkeşlərinin istəyinə uyğun olaraq, 300 ədəd bilet AFFA-nın texniki direktoru Bernhard Lippertin vasitəçiliyi ilə “Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi”ndə olan uşaqlara hədiyyə olunub.

 

Bununla bağlı qısa videoçarxı diqqətinizə çatdırırıq:

 

Tarix: 31 May [18:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Oktyabr 2019
14  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio