Messi DÇ-2022 ilə bağlı qərar verməyib

12:45 - 1 İyun 2019

 Argentina millisinin və "Barselona"nın kapitanı Lionel Messi açıqlama verib.

 

Sportal.az "Fox Sports"a istinadən xəbər verir ki, Messi Amerika kuboku öncəsi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında iştirak edib-etməyəcəyini bilmədiyini söyləyib:

 

"Kayeramı başa vurmazdan əvvəl Argentina millisi ilə uğur  qazanmaq istəyirəm. Dəyərləndirə bilmədiyim fürsətlərlə yığmadan ayrılmaq istəmirəm. Qətərdə dünya çempionatının kubokunu qazanıb-qazanmayacağımı bilmirəm. Tanrı mənimlə bağlı qərarını verəcək. Fiziki cəhətdən özümü yaxşı hiss edirəm. Hazırda 32 yaşım var və gələcəkdə hər şey ola bilər. Ümid edirəm ki, ciddi zədələrim olmayacaq".

Xəbər xətti