"Çelsi" Sarrini "Yuventus"a buraxmağa razıdır

13:02 - 1 İyun 2019

"Çelsi"nin baş məşqçisi Maurisio Sarri "Yuventus"a keçə bilər.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Lonton təmsilçisinin rəhbərliyi italiyalı mütəxəssisi Turin klubuna buraxmağa razıdır. Onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriləcəyi gözlənilir. 60 yaşlı mütəxəsis İtaliyaya qayıtmaq istəyir.

 

"Çelsi" Maurisio Sarrinin rəhbərliyi altında Premyer Liqada 3-cü olub və Avropa Liqasını qazanıb. O, İtaliyada son olaraq "Napoli"ni çalışdırıb.

Xəbər xətti