Dünya futbolunda üzücü hadisə: Xose Antonio Reyes vəfat etdi

17:07 - 1 İyun 2019

İspaniya millisinin sabiq futbolçusu Xose Antonio Reyes avtomobil qəzasında həlak olub.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı sabiq futbolçu İspaniyanın Sevilya şəhərində baş verən qəzada həyatını itirib. 

 

Xose Antonio Reyes kariyerasına "Sevilya"da başlayıb, 2004-2007-ci illərdə "Arsenal"da çıxış edib. Reyes 2007-ci ildə "Atletiko" ilə müqavilə imzalayıb. 2012-ci ildə "Sevilya"ya qayıdan futbolçu daha sonra  "Kordoba", "Xinjiang Tianshan Leopard" klublarında çıxış edib.

 

O, yanvar ayında "Ekstremadura" ilə müqavilə imzalayıb. 

Xəbər xətti