Türkiyə millisi yoxlama görüşündə qalib gəldi

00:31 - 3 İyun 2019

Türkiyə millisi növbəti yoldaşlıq matçını keçirib.

 

Sportal.az xəbər verir ki, "ay-ulduzlular" Alanyada Özbəkistan millisini 2:0 hesabı ilə məğlub edib.

 

Şenol Günəşin çalışdırdığı kollektiv üç gün öncə Yunanıstanı yoxlama matçında 2:1 hesabı ilə məğlub etmişdi.

 

Türkiyə - Özbəkistan - 2:0
Qollar
: Mehmet Zeki Çelik, 17, 57


Türkiyə millisi AÇ-2020-nin seçmə mərhələsində iyunun 8-də evdə Fransa, 3 gün sonra isə səfərdə İslandiya ilə üz-üzə gələcək.

Xəbər xətti