"Başakşəhər"in yeni baş məşqçisi məlum oldu

17:02 - 3 İyun 2019

Türkiyənin "Başakşəhər" klubunun yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az "TRT Spor"a istinadən xəbər verir ki, İstanbul klubunun baş məşqçi postuna Okan Buruk keçib. O, bu vəzifədə "Beşiktaş"a keçən Abdulah Avcını əvəz edib. İyunun 10-da "Başakşəhər" yeni baş məşqçisini ictimaiyyətə təqdim edəcək.

 

 45 yaşlı mütəxəssisin son iş yeri "Rizəspor" olub.

 

"Başakşəhər" Türkiyəni Çempionlar Liqasında təmsil edəcək.

Xəbər xətti