Monteneqrolu baş məşqçi Ramil Şeydayevdən narazı qalıb

18:26 - 3 İyun 2019

"Krılya Sovetov"un baş məşqçisi Miodraq Bojoviç Rusiya Premyer Liqasında qalmaq uğrunda "Nijni Novqorod"a qarşı pley-offun cavab oyunundan (0:1) sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ilk görüşdəki 3:1 hesablı qələbə sayəsində elitada mövqeyini qoruyan Samara təmsilçisinin monteneqrolu baş məşqçisi hücumçulardan narazılığını bildirib:

 

"Bu gün biz daha güclü idik. Çox qol vəziyyəti yaratsaq da, hücumçularımız bunları boşa verdilər. Rəqib isə ilk ciddi hücumundaca fərqləndi. İkinci hissə də eyni ssenari ilə getdi. Amma yenə qol imkanlarını qaçırdıq. Bu da komandanı çətin duruma saldı. Bununla belə, əsas odu ki, Premyer Liqada qala bildik".

 

Azərbaycan millisinin üzvü Ramil Şeydayev 90 dəqiqəni əvəz edilmədən keçirib.

Xəbər xətti