Bu gün “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri “Dalğa Arena”nın əsas meydanında Azərbaycan milli komandası ilə görüşüb. AFFA prezidenti çıxış edərək AVRO-2020-nin 4 oyununun Bakıda keçiriləcəyini vurğulayıb, bu turnirin vacibliyini bir daha diqqətə çatdırıb. Rövnəq Abdullayev Avropa çempionatının seçmə mərhələsində iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya yığması ilə oyunda millimizə uğurlar arzulayıb.
Millinin kapitanı Maksim Medvedev çıxış edərək AFFA rəhbərliyinə və İK üzvlərinə komanda adından təşəkkürünü bildirib.
Sonra İK üzvləri milli komandanın məşqini izləyib.