"Liverpul" iki futbolçu ilə yolları ayırdı

20:39 - 4 İyun 2019

İngiltərənin "Liverpul" klubu iki futbolçusu ilə yolları ayırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi Alberto Moreno və ingilis hücumçu Daniel Starric "qırmızılar"dan ayrılıb. Onların başa çatan müqaviləsi uzadılmayıb. Hər iki oyunçu azad agent statusuna yiyələnib.

 

29 yaşlı Starric 2013-cü ildən, 26 yaşlı Moreno isə 2014-cü ildən "Liverpul"da çıxış edirdi.

Xəbər xətti