UEFA-nın keçmiş prezidenti vəfat etdi

13:01 - 5 İyun 2019

UEFA-nın keçmiş prezidenti Lennart Yohansson vəfat edib.

 

Sportal.az xəbər verir ki, xəstəlikdən əziyyət çəkən isveçli funksioner 89 yaşında dünyasını dəyişib.

 

O, 1990-2007-ci illər aralığında UEFA-nın prezidenti olub və bu vəzifədə ən uzun müddət qalan şəxs olub.

 

İsveçli futbol adamı 2007-ci ildə keçirilmiş seçkidə Mişel Platiniyə uduzmuşdu.

Xəbər xətti