Türkiyə millisində daha bir itki

13:17 - 5 İyun 2019

AÇ-2020-nin seçmə mərhələsində Fransa və İslandiya ilə oyun öncəsi Türkiyə millisi daha bir itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, "ay-ulduzlar"ın yarımmüdafiəçisi Okay Yokuşlu heyətdən kənarlaşdırılıb. Yunanıstanla yoxlama oyununda zədələnən "Selta"nın 25 yaşlı futbolçusu sözügedən oyunlara yetişməyəcək.

 

Daha öncə Cenk Tosun zədələndiyi üçün millidən kənarlaşdırılmışdı.

 

Türkiyə millisi AÇ-2020-nin seçmə mərhələsində iyunun 8-də evdə Fransa, 3 gün sonra səfərdə İslandiya ilə üz-üzə gələcək.

Xəbər xətti