İnfantino ikinci dəfə FIFA-nın prezidenti seçildi

14:33 - 5 İyun 2019

Canni İnfantino ikinci dəfə FIFA-nın prezidenti seçilib.

 

Sportal.az xəbər verir ki, 49 yaşlı futbol fuksioneri Fransanın paytaxtı Parisdə illik konqresdə 2023-cü ilə kimi FIFA-nın prezidenti seçilib.

 

İtaliya əsilli isveçrəli futbol adamı 2016-cı ildən FIFA-da prezidentdir. O, bu vəzifədə Sepp Blatteri əvəz etmişdi.

 

İnfantino DÇ-2026-da 48 komandalı yarışın keçirilməsi qərarını verib. Bununla yanaşı, o, klublararası dünya çempionatının sistemini dəyişib.

 

Sepp Blatter 17 il FIFA-nın prezidenti olmuşdu. İsveçrəli funksioner 2015-ci ildə rüşvət qalmaqalına görə futboldan uzaqlaşdılıb. 

Xəbər xətti