Slaven Biliç İngiltərədə aşağı liqa klubunu çalışdıra bilər

17:50 - 5 İyun 2019

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"dan ayrılan xorvatiyalı baş məşqçi Slaven Biliç İngiltərəyə yollana bilər.

 

Sportal.az "BBC Sport"a istinadən xəbər verir ki, Çempionşip təmsilçisi "Vest Bromviç" xorvatiyalı mütəxəssislə görüşüb. Klub rəhbərliyi 50 yaşlı mütəxəssisin komandanı yenidən Premyer Liqaya yüksəldəcəyinə inanır.

 

Tərəflər müqavilənin şərtlərini müzakirə edir.

 

Biliç "Lokomotiv" (Moskva), "Beşiktaş", "Vest Hem" kimi klubları çalışdırıb. O, 2006-2012-ci illərdə Xorvatiya yığmasına rəhbərlik edib.

Xəbər xətti