Dieqo Maradona: "Mançester Yunayted"in baş məşqçiyə ehtiyacı varsa, mən hazıram"

18:07 - 5 İyun 2019

Dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona "Mançester Yunayted"lə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, argentinalı sabiq futbolçu "qırmızı şeytanlar"ın baş məşqçisi olmağa hazır olduğunu deyib:

 

"Mançester Yunayted"in baş məşqçiyə ehtiyacı varsa, mən hazıram. Dünya çapında forma satdıqlarını bilirəm. Ancaq kubok da qazanmaq lazımdır. Bunu onlar üçün edə bilərəm. "Mançester Yunayted" İngiltərədə ən sevdiyim klubdur. Aleks Ferqyussonun dönəmində möhtəşəm komanda var idi. Ancaq indi "Mançester Siti" möhtəşəmdir və bu komandanı sevirəm. Belə fikir dəyişməmək lazımdır, ancaq bunun səbəbi Serxio Aquerodur".

 

58 yaşlı mütəxəssis "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanı tənqid edib:

 

"Ander Herreranı çox bəyənirdim, amma o, klubu tərk etdi. Pol Pqba isə çox çalışmalıdır. Kifayət qədər çalışmır".

 

Maradona Meksikanın "Dorados" klubunun baş məşqçisidir.

Xəbər xətti