Neymar Kopa Amerikada oynamayacaq - Braziliya millisində şok itki

11:11 - 6 İyun 2019

Braziliya millisi Kopa Amerika turniri öncəsi ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, Qətərlə yoxlama görüşündə komandanın aparıcı üzvü Neymar zədələnib. 21-ci dəqiqədə sağ ayağından zədələnən futbolçu oyunu davam etdirə bilməyib. O, meydanı tərk etdikdən sonra göz yaşlarını saxlaya bilməyib.

 

27 yaşlı hücumçunun Kopa Amerika turnirində çıxış etməyəcəyi açıqlanıb.

 

Qeyd edək ki, Kopa Amerika 15 iyun - 7 iyul tarixlərində keçiriləcək.

Xəbər xətti