"Mançester Yunayted"dən Lukaku - İkardi dəyişikliyinə rədd cavabı

16:02 - 6 İyun 2019

"Mançester Yunayted" Romelu Lukakunu transfer etmək istəyən İtaliyanın "İnter" klubuna müsbət cavab verməyib.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" Milan təmsilçisinin Lukakunun keçidi üçün 35 milyon avro və İvan Perişiç təklifindən imtina edib.

 

"İnter"in ikinci təklifi Romelu Lukaku ilə Mauro İkardini dəyişmək olub. Ancaq "Mançester Yunayted" yenə rədd cavabı verib və 90 milyon avro tələb etdiyini bildirib.

 

Lukaku ötən mövsüm 45 oyuna 15 qol vurub, 4 assist edib. İkardi isə 37 oyuna 17 qol vurub, 5 assist edib.

Xəbər xətti