Macarıstanın baş məşqçisi: "Azərbaycanla oyuna daha çox köklənmişik"

18:18 - 6 İyun 2019

Macarıstan millisinin baş məşqçisi Marko Rossi AÇ-2020-nin seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri görüş haqda danışıb.

 

Sportal.az Macarıstan Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis Azərbaycan yığması ilə oyunda 3 xal qazanmaq istədiklərini deyib:

 

"Mövsümü sonu olsa da, komandada yorğunluq hiss etmədim, futbolçular motivasiyalıdır. Hər kəs önümüzdəki iki matçı qazanmaq istəyən kimi görünür. Oyunçular bu oyunlarda 100 faiz gücünü ortaya qoymağının fərqindədir. Konsentrasiyanı itirsək, daha əvvəl Estoniyadakı hal yaşana bilər. Bakıda üç xal qazanmaq üçün çox çalışmalıyıq. Bizi Uelslə də oyun gözləyir, ancaq indi Azərbaycanla oyuna daha çox köklənmişik".

 

İyunun 8-də 8-ci km stadionunda keçiriləcək Azərbaycan - Macarıstan oyunu saat 20:00-da başlayacaq.

Xəbər xətti