"Qarabağ" Çempionlar Liqası üçün toplaşır

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” bu gündən yeni mövsümün hazırlığına start verəcək.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi toplanışın ilk mərhələsini Bakıda keçirəcək. Paytaxt hazırlığından sonra komanda iyunun 18-də Avstriyaya yola düşəcək.

 

“Qarabağ” Avstriyada 4 yoxlama oyunu keçirəcək. Qurban Qurbanovun çalışdırdığı kollektiv burada Bolqarıstanın “Ludoqorets” (22 iyun), Rumıniyanın “Krayova” (25 iyun), Rusiyanın “Ufa” (28 iyun), Çexiyanın “Viktoriya” (2 iyul) klubları ilə qarşılaşacaq.

Tarix: 7 İyun [00:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 İyun 2019
26  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio