Lixtenşteyn tarixində ilk qələbəsini Azərbaycan üzərində qazandı

10:59 - 7 İyun 2019

Azərbaycan U-21 millisi AÇ-2021-in seçmə mərhələsində Lixtenşteynlə səfərdə keçiridiyi ilk oyunda 0:1 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, bu, Lixtenşteyn U-21 millisinin tarixində ilk qələbəsi olub. Bu komanda daha öncə keçirdiyi 60 rəsmi oyununda qalib gəlməmişdi. Onlar ilk qələbəsini Azərbaycan yığması üzərində qazanıb.

 

Lixtenşteynin əsas yığma komandası da tarixi qələbəsini Azərbaycan üzərində qazanıb. AÇ-2000-in seçmə mərhələsi çərçivəsində 1998-ci ildə Azərbaycanı 2:1 hesabı ilə məğlub edən Lixtenşteyn tarixində ilk qələbəsini qazanmışdı.

Xəbər xətti