Lixtenşteynin baş məşqçisi Azərbaycanla oyunu şərh etdi: "Tarixi qələbəyə görə xoşbəxtəm"

11:11 - 7 İyun 2019

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasını 1:0 hesabı ilə məğlub edən Lixtenşteynin baş məşqçisi Martin Ştoklaza fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, 40 yaşlı mütəxəssis tarixi qələbəni şərh edib:

 

"Azərbaycan güclü rəqibdir. Qalib gəlmək üçün çox çalışdıq. Buna görə də futbolçularla qürur duyuram. Yeni tarix yazdığımız üçün xoşbəxtəm. Bu komanda daha yaxşı işlər görə bilər. Qapıçımız Armando Mayerə xüsusi təşəkkür düşür. Bir neçə epizodda inamlı oynadı. Bütün futbolçuları təbrik edirəm, komanda şəklində əla oynadıq. Bu qələbə komandadakı əhval-ruhiyyəyə müsbət təsir edəcək".

Xəbər xətti