"Çelsi"dən CAS-a müraciət

16:55 - 7 İyun 2019

İngiltərənin "Çelsi" klubu İdman Arbitiraj Məhkməsinə (CAS) sahib olduğu transfer cəzası ilə bağlı şikayət edib.

 

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, London klubu iki dönəmlik transfer qadağısının götürülməsini istəyir.

 

CAS yaxın günlərdə qərarını açıqlayacaq. "Çelsi"nin şikayəti təmin edilməsə, "zadəganlar" iki transfer dönəmi oyunçu ala bilməyəcək.

 

FIFA "Çelsi"yə 18 yaşa qədər futbolçuların transferində qaydaları pozduğu üçün "Çelsi"ni cəzalandırmışdı.

Xəbər xətti