Azərbaycan millisi Macarıstana məğlub oldu YENİLƏNİB

21:52 - 8 İyun 2019

Azərbaycan millisi bu gün AÇ-2020-nin seçmə mərhələsində növbəti oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Bakıda Macarıstan yığmasını qəbul edib. 8-ci km stadionunda keçiriləvək qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

AVRO-2020-nin seçmə mərhələsi
E qrupu
8 iyun

 

20:00. Azərbaycan - Macarıstan - 1:3

Qollar: Mahir Emreli, 69 - Villi Orban, 18, 53, David Holman, 71

Baş hakim: Kevin Blom 
Yan xətt hakimləri: Bas van Donqen, Yohan Balder 
Dördüncü hakim: Sərdar Gözüböyük (hamısı Hollandiya) 
UEFA hakim-inspektor: Aleh Çikun (Belarus) 
UEFA nümayəndəsi: Paolo Rondelli (San Marino)

Bakı. 8-ci km stadionu.

 

Oyunun statistikası

 

90+3 - Kevin Blom final fitini səsləndirdi. Azərbaycan millisi evdə Macarıstana 1:3 hesabı ilə uduzdu.

 

89 - Baş hakim Blom Macarıstan millisinin baş məşqçisi Marko Rossini texniki zonadan uzaqlaşdırır.

 

86 - Rüfət Dadaşov Dmitri Nazarovun əvəzinə meydana daxil oldu.

 

David Holmanın qolu zamanı müdafə xətti:

 

 

 

74 - Araz Abdullayev Mahir Emrelinin əvəzinə oyuna daxil olur.

 

71 - Macarıstan millisi üçüncü qolu vurdu. David Holman millidə debüt oyununda fərqlənə bildi.

 

69 - Mahir Emreli fərqi azaltdı - 1:2.

 

 

68 - Ağabala Ramazanovun zərbəsi zəif alındı. Qulaşçi asanlıqla topu tutdu.

 

60 - Balaş Cucakın zərbəsi qapı tirinə dəydi.

 

59 - Ağabala Ramazanov Renat Dadaşovun əvəzinə meydana daxil oldu.

 

53 - Villi Orban Macarıstan millisini hesabda 2:0 önə keçirir.

 

 

 

 

51 - Balaş Cucakın 26 metr məsafədən vurduğu cərimə zərbəsini Səlahət Ağayev dəf edir.

 

50 - Dmitri Nazar (sarı vərəqə)

 

46 - İkinci hissə başladı

 

İlk hissənin statistikası

 

45+2 - İlk hissə başa çatır.

 

42 - Mahir Əmrəlinin zərbəsinə Orban blok qoyur.

 

39 - Adam Salainin qarşısını kobudluqla alan Bədavi Hüseynov sarı vərəqə aldı.

 

 

38 - Nazarovdan qeyri-dəqiq cərimə zərbəsi.

 

33 - Balaş Cucakın zərbəsini Qara Qarayev əngəlləyir.

 

 

28 - Dominik Soboslai sarı vərəqə alır.

 

18 - Villi Orban Macarıstan millisini hesabda 1:0 önə keçirir.

 

 

 

 

1 - Oyun başladı

 

 

 

Xəbər xətti